Amerika Birləşmiş Ştatları Çeçenistan rəhbəri Ramzan Kadırovun 20 ukraynalı hərbi əsir müqabilində ailə üzvlərinə qarşı sanksiyaları ləğv etmək təklifi ilə razılaşmayacaq.
Teleqraf.com xəbər verir ki, bu fikri Kadırov özü teleqram kanalında bildirib.
Onun sözlərinə görə, ABŞ rəhbərliyi üçün sadə ukraynalıların həyatı heç nə demək deyil, onları yalnız öz maraqları maraqlandırır.
“Bütün dünya görür ki, Amerika demokratiyası öz dostlarına necə xəyanət edir, onları çirkin siyasi oyunlarda sövdələşməyə sövq edir, bütöv xalqları məhv edir və bəyanatlarda ikili standartlara laqeyd yanaşmır”, - Kadırov yazıb.
O qeyd edib ki, siyasətlə heç bir əlaqəsi olmayan anası, həyat yoldaşı və qızlarına qarşı sanksiyaların ləğvi üçün ukraynalı hərbi əsirləri dəyişməyə hazırdır.
"Aydındır ki, dövlətlər bunu etməyəcək. Amma onların bəhanələrini dinləmək maraqlı olacaq, əgər ümumiyyətlə varsa...Sanksiyalara gəlincə, onlar bizim həyatımıza heç bir şəkildə mane olmur"-, Çeçenistan rəhbəri fikrini belə yekunlaşdırıb.