4 May 02:00
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə 82 yaşlı siyasətçi TV5-in efirində bildirib.

Karamollaoğlu telekanala açıqlamasında, partiya rəhbərliyindən ayrılmasına baxmayaraq, siyasətdən getməyəcəyini deyib:

“Dostlarımızdan kim başqan olarsa, onun ən böyük dəstəkçisi, köməkçisi mən olacağam”.

O, sədrlikdən çəkilməsini səhhəti ilə əlaqələndirib: “Artıq sağlamlığım bu vəzifəni yerinə yetirməyə icazə vermir. Seçki dövründə mən sadəcə dörd yerə gedə bildim. Bu, bir sədr üçün ciddi əskiklikdir”.


Müəllif: Teleqraf.com