Türkiyə Afrində 4 həftəlik hərbi əməliyyata başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.
Əməliyyatı şərh edən E.Nəsirov deyib:
“Rusiya faktiki neytrallıq nümayiş etdirir. ABŞ-ın mövqeyi Türkiyənin məlum addımlarını şərtləndirsə də, son davranışı ilə PKK və PYD-nin ümidlərini puç etməkdədir. Bəşər Əsəd rejimi Türkiyə ilə bağlı hədələyici bəyanatlar versə də, bu, Rusiyanın məlum mövqeyi fonunda imitasiya təsiri bağışlayır. İran hərbi əməliyyatların dayandırılmasına çağırış etsə də, kürd terrorçularının məhvi əslində rəsmi Tehranın da strateji maraqlarına cavab verir”.
E.Nəsirovun sözlərinə görə, beləliklə, ilkin təhlillər göstərir ki, Türkiyənin bu əməliyyatda qalib gəlməsi üçün münbit xarici zəmin formalaşıb.