5 Mart 10:41
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Teleqraf.com xəbər verir ki, matçda ədaləti Benoit Bastien qoruyacaq.

Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimi Benoit Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.


Müəllif: Teleqraf.com