12 Aprel 09:16
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

Teleqraf.com xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç 19:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 43 xalla 4-cü, bakılılar isə 45 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.


Müəllif: Teleqraf.com