11 Oktyabr 2023 13:06
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur siması Bəyazıt Öztürkün “Bəyaz şou” verilişi uzun fasilədən sonra Acun Ilıcalının kanalında yayımlanacaq.

Teleqraf.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Acun özü məlumat verib.

“Çox böyük layihə ilə gəlirik. “Bəyaz şou” Yeni il gecəsi yayımlanacaq. Bəyazıt Öztürk televiziya sektorunda heyran olduğum insanlardan biridir. Həm ürəyinə, həm də işinə heyranam. Yeni il ərəfəsində “Bəyaz şou”nun möhtəşəm buraxılışı olacaq. Çox həyəcanlıyam”, - deyə Acun vurğulayıb.


Müəllif: Pərvin Cəfərova