Şirvan şəhərində 5 nəfəri şantaj etməkdə ittiham olunan Eyvaz Əmənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Əli Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 9-na təyin olunub.
İttihama görə, Eyvaz Əmənov 2019-2020-ci illərdə Şirvan şəhərində 5 nəfəri şantaj edib.
Belə ki, o, həmin şəxslərin barəsində rüsvayedici məlumatları yayacağı adı ilə hədələyib.
Bu hədəsi ilə Şirvan şəhər sakinləri - F.H-dan 680 manat, A.Ş-dan 650 manat, V.Ə-dən 200 manat, A.A-dan 390 manat və Bakı şəhər sakini E.Ə-dən 200 manat pul alıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eyvaz Əmənov tutulub.
İstintaq orqanı tərəfindən Eyvaz Əmənovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə ) maddəsi ilə ittiham elan edilib.