Sabah 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Cinema Plus"da bütün komediya filmləri yığışdırılacaq.
Bu sözləri Teleqraf.com-a Cinama Plus kinoteatrlar şəbəkəsinin Piar meneceri Nara Həsənova deyib.
Onun sözlərinə görə, faciə ilə bağlı iki film nümayiş olunacaq: “İzləyicilər “Qanlı Yanvar” və “Xüsusi təyinatlı İbad” filmlərinin seanslarına bütün gün ərzində gəlib baxa bilərlər”.
Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova isə bildirib ki, sabah kinoteatr fəaliyyət göstərməyəcək: “Hər il faciə ilə bağlı repertuarda tədbir filmi olurdu. Bu il isə tədbir filmi yoxdur. Başqa filmlər də repertuardan çıxarılıb”.
“Park cinema”nın mətbuat katibi Lalə Ələkbərovanın sözlərinə görə, sabah “Park cinema”nın kinoteatrlarında komediya filmləri nümayiş etdirilməycək və fon musiqiləri yığışdırılıacaq: “Yalnız faciə ilə bağlı “Qanlı Yanvar” filmi nümayiş ediləcək”.