4 May 08:00
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avrokuboklarda həftənin ən yaxşılarının adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Çempionlar Liqasında Vinisius Junior fərqlənib.

Braziliyalı forvard yarımfinalın ilk matçında “Bavariya”nın (2:2) qapısından 2 top keçirib. Avropa Liqasında isə “Bayer”in yarımmüdafiəçisi Robert Ayndrix ən yaxşı seçilib. O, “Roma” ilə qarşılaşmada 2-ci qolun müəllifi olub (2:0).

Konfrans Liqasında “het-trik” edən “Olimpiakos”un hücumçusu Ayub El-Kabi ən yaxşı seçilib. O, səfərdə “Aston Villa” ilə 2:4 başa çatan görüşdə 3 qol vurub.

Qeyd edək ki, hər 3 turnirdə cavab matçları gələn həftə keçiriləcək.


Müəllif: Teleqraf.com