11 Dekabr 2023 13:43
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mərmər soyuğu” bədii filmi 7-10 dekabr 2023-cü il tarixlərində Rusiya Federasiyasının Arxangelsk şəhərində keçirilən 7-ci Beynəlxalq “Arctic Open” Film Festivalında “Ən yaxşı ssenari” mükafatına layiq görülüb.

“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, əsas müsabiqədə yarışan “Mərmər soyuğu” 11 film arasından seçilib.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.

Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.

Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.


Müəllif: Nərmin

Oxşar xəbərlər