24 May 2017 22:12
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyaya qoşulmaq barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın AFN agentliyi məlumat verib.

Agentlik diplomatik mənbəyə istinadən xəbər verir ki, NATO üzvü olan 28 ölkə İŞİD-ə qarşı koalisiyaya qoşulmaq qərarı verib. ABŞ NATO-nun koalisiyaya qoşulması ilə bağlı bir il öncə üzvlərə çağırış edib.

Amma NATO-nun qəbul etdiyi qərar üzv ölkələrin hökumət başçıları tərəfindən rəsmən tam təsdiqlənməyib.

Ruslan


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər