21 Dekabr 2022 12:08
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban hökuməti Əfqanıstanda qadınların ali təhsil almalarını qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Neda Məhəmmıəd Nadim tərəfindən imzalanan sərəncamda deyilir.

“Siz hamınız qadınların təhsilinin növbəti bildirişə qədər dayandırılması ilə bağlı sərəncamın dərhal həyata keçirilməsinin zəruriliyi barədə məlumatlısınız”, - sərəncamda deyilir.

Ali təhsilə qadağa minlərlə qadının ali məktəblərə qəbul imtahanlarından üç ay sonra tətbiq edilib.

Taliban hakimiyyətə gəldikdən sonra universitetlər dərslərin və girişlərin cinslərə görə bölünməsi də daxil olmaqla yeni qaydalar tətbiq etməli olublar.

Artıq ölkədə bir çox qızların orta məktəblərdə oxumasına da qadağa qoyulub ki, bu da onların ali məktəblərə daxil olmaq imkanlarını ciddi şəkildə azaldır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər