20 Yanvar 2023 11:52
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Ərdoğanın mayın 14-nə seçki elan etməsi 1950-ci illərdə baş verənləri xatırladır. Düz 73 il əvvəl 1950-ci il mayın 14-də keçirilən seçkilərdə Demokrat Partiyası hakimiyyətə gəlmişdi. Bu hadisə həm də Anadolu insanının inanc dünyasında mühüm yeri olan ərəbcə namaza qoyulan qadağanın aradan qaldırılmasına zəmin hazırladı”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazır.

Məqalədə bildirilir ki, CHP-nin ora qədər edə bilmədiklərini dönəmin baş naziri Adnan Menderes Atatürk adından sui-istifadə edənlərə dərs verirmiş kimi edib:

“Atatürkün nəşi Etnoqrafiya Muzeyindən Anıtkabirə aparıldı. Xalqın etimadını qazanan Menderes 1955-ci il seçkilərində 64 faiz səs qazanaraq CHP-ni əzib keçdi. Menderesin uğurunun təsadüfi olmadığı, xalqın sevgisini qazandığı göz qabağında idi. DP hökumətindən narahat olanlar qəfil hərəkətə keçdilər. Əvvəlcə 6-7 sentyabr hadisələri səhnələşdirildi. Azlıqlara qarşı hücumlarla başlayan proses ölkədə siyasi sabitliyi pozdu. Demokrat Partiyası hökuməti Kipr davasına böyük önəm verirdi. Baş nazir Menderesin təyyarəsi Kipr problemindən danışmaq üçün Londona gedərkən qəzaya uğradı. Qəzadan sağ çıxan Menderes bu dəfə qiyamçıların yaratıqları təhlükə qarşısında qaldı.

1960-cı il 27 may çevrilişi ilə Türkiyə Silahlı Qüvvələri hakimiyyəti ələ keçirdi. Menderes, Zorlu və Polatkan qiyamçılar tərəfindən edam cəzasına məhkum edilərkən, Cəlal Bayarın cəzası ömürlük həbslə əvəz edildi. O zaman DP üzvlərinin məcburi məskunlaşdığı yer Kayseri həbsxanası idi. Çox ağrılı və dramatik idi. Bu haqda çoxlu kitablar yazılıb, seriallar, sənədli filmlər, bədii filmlər çəkilib. Onların heç biri Demokrat Partiyasının üzvlərinin repressiyaya məruz qalmasını, qiyamçıların xəyanətini, 27 Mayın arxa planını izah etməyə kifayət etmir. 73 il keçsə də, türk cəmiyyətinin demokratik yaddaşından bu ağrılar heç vaxt silinməyib”.

Nəşr 14 may tarixinin bu baxımdan xüsusi önəm daşıdığını vurğulayır:

“Prezident Ərdoğan Menderesin 73 il əvvəl başladığı missiyanı tamamlamağa çalışır. O dövrdə Menderesin qarşısına çıxarılan bütün maneələri bu gün “Altılıq Masası” yaratmağa çalışır.

PKK və FETÖ-yə göz vuran, ilk dəfə milli xətt üzrə hərəkət edən müdafiə sənayemizi hədəfə alan, kukla prezident istəyən, ölkənin bütün uğurlarını bir anda silməkdən çəkinməyən “Altılıq”dan danışırıq. Prezident Ərdoğan başladığı heç bir işi yarımçıq qoymayıb. İndi sonuncu dəfə seçicilərin qarşısına çıxmaq, daha bir müddətə səlahiyyət almaq və ustaca gördüyü işlərini başa çatdırmaq istəyir. İndi söz seçicinindir. Bu seçkidə möhürü hara vuracağınızı yaxşı hesablayın.

Mayın 14-də seçki qutusuna yaxınlaşanda unutma ki, Menderes və dostlarını dar ağacına aparan zehniyyət bu gün də yaşayır və Ərdoğanın büdrəməsi üçün fürsət gözləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu