13 May 01:58
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızı son zamanlar gündəmə çevrilən “Alatava” serialı ilə bağlı fikirlərini bildirib.

Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə “Söz-baz” verilişində danışıb və layihəni bəyəndiyini deyib.

“Axır zamanlarda uşaqlar həyati filmlər çəkirlər. Və həyati filmlərdə həmin o vəziyyətdə olan frazalardan istifad edirlər. Bunu artıq rus filmlərinin özündə də çoxdan istifadə edirlər. Mən Rasimi (red. – Xalq artisti Rasim Balayev) çox gözəl başa düşürəm. Biz artıq yaşlı adamlarıq. Biz gənclərə imkan verməməliyik ki, uğursuzluğa getsinlər. Filmlər çox keyfiyyətli çəkilib. Mən həmin o dəstənin bundan başqa filmlərinə də baxmışam. Mənim şəxsən xoşuma gəlib. Bəlkə, mən də həyatda elə adamam. Mən əsəbiləşəndə, həqiqətin çılpaqlığını bildirmək istəyəndə, məndə olur. Amma bunu birdən-birə belə bir “hayla” qəbul etmək olmaz. Bizim o qədər “hayla” qəbul ediləsi işlərimiz var ki. İndi sən gəncə deyə bilməzsən. Əksinə, gənclər “Alatava” və başqa filmlərlə tərbiyələnəcəklər. Çünki o artıq çılpaqlığı, yoxluğu görür, ona görə də etməyəcək. Bu dəqiqə “eləmə” vaxtı deyil. “Eləsən bu olacaq” deyərək göstərmə vaxtıdır”, - deyə, o, söyləyib.

Qeyd edək ki, Xalq artistləri Rasim Balayev və Əli Nur ekran işini tənqid edərək bəyənmədiklərini demişdilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər