Zaporojyedə Ukrayna Prezidenti Zelenskiyə qarşı etirazlar olub.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bildirib.
Onun sözlərinə görə, Ukraynanın nəzarətində olan Zaporojye şəhərində narazılıq artmaqdadır.
Roqov qeyd edib ki, Ukrayna lideri döyüşdə məğlub olub: "Kazaklar Zelenskinin etdiyi və dediyi hər şeyi mənfi qəbul edir və tezliklə azadlığa çıxmalarını gözləyirlər".