3 May 01:42
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyanın neft emalı zavodlarına PUA-larla hücum etməmək barədə ABŞ-nin çağırışlarına məhəl qoymamalıdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin Avropadakı hərbi qüvvələrinin keçmiş komandanı general Ben Hodces deyib.

Onun sözlərinə görə, Ukraynanın özünümüdafiə və lazım olan hər şeyi etmək hüququ var.

“Ukrayna öz xalqı və ərazisinin müdafiəsi çərçivəsində hücum etmək istədiyi istənilən hədəfə hücum etməlidir”, - Hodces vurğulayıb.

Amerikalı general əmin edib ki, Ukrayna bundan sonra da öz müdafiəsi və əhalinin müdafiəsi üçün lazım olan hər şeyi edəcək. Hodces ABŞ rəsmilərinin Ukraynanı Rusiyanın infrastrukturunu vurmamaq barədə çağırışlarından təəccübləndiyini söyləyib.

“Mən Ukrayna hökumətini buna məhəl qoymamağa çağırardım, görünən budur ki, son bir neçə həftə ərzində belə bəyanatlar yoxdur, çünki bu, pis düşünülmüş siyasət idi. Artıq bu haqda danışdıqlarını eşitmirəm”, - general əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu