20 Aprel 2018 20:42
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda bu gün keçirilən etiraz aksiyaları zamanı aktivistlər müdafiə naziri Vigen Sərkisyanın xidməti avtomobilinin qarşısını kəsiblər.

Teleqraf.com erməni KİV-inə istinadla xəbər verir ki, aksiya iştirakçıları Komitas və Tiqranyan küçələrinin kəsişməsində nazirin avtomobilini döyəcləyərək onu hərəkət etməyə qoymayıblar. Maskalı şəxslərdən biri Sərkisyanın avtomobilinin qapısını açmağa çalışıb. Təhlükəsizlik xidmətinin əməkdaşları nazirin xidməti avtomobilinin hərəkəti üçün aksiya iştirakçılarına güc tətbiq edib.

Qeyd edək ki, aprelin 13-dən İrəvanda Serj Sərkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası başlayıb. Bu gün səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və paytaxda hərəkəti iflic etməyə çağırıb. Etiraz aksiyalarında 233 nəfər saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər