23 Aprel 15:22
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakinləri Azərbaycanın 4 kəndinin qaytarılmasına etiraz edən Ermənistanın Noyemberyan rayonunun (Tavuş vilayəti) rəhbəri Arsen Ağababayan ABŞ-yə gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, Ağababayan aprelin 16-da iki həftəliyə Amerikaya gedib.

“Noyemberyanın iqtisadi inkişaf proqramı ilə Amerikadadır. Qlendeyl şəhərinin meri (ermənidir), konsul, yeparxiyanın rəhbəri ilə görüşəcək”.

“Hraparak” səfər dəvətinin Amerikadan gəldiyini də iddia edir.

Mənbə əlavə edir ki, bir neçə dəfə kəndlərin Azərbaycana təhvil verilməsi ilə bağlı Ağababayandan şərh almağa çalışsa da, nəticəsi olmayıb.

“Ağababayan Nikol Paşinyanın Tavuş səfərindən təxminən bir ay sonra, hadisələrin gedişatı artıq görünəndə ABŞ-yə gedib”, - məlumatda deyilir.

Sərhədyanı Tavuş vilayətinin sakinləri bir neçə gündür Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskipara kəndlərinin Azərbaycana təhvil verilməsinə etiraz edirlər. Etirazlara cinayətkar “Qarabağ klanı”nın üzvləri başçılıq edirlər. Daha doğrusu, bölgədə “qızışdırı katalizator” rolunu oynayanlar müharibə cinayətkarlarıdır.

Sözügedən kəndlərin qaytarılmasına dair anlaşma iki ölkənin sərhəd komissiyalarının aprelin 19-da keçirilən iclasında əldə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər