Dünya birjalarında neftin qiyməti dəyişib.
Teleqraf.com xəbər verir ki, VTİ neftinin qiyməti 1 barrelə görə 62,47 dollar təşkil edib.
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 65,39 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barelinin qiyməti 0,94 dollar və yaxud 1,44% artıb.
"Azəri Layt" markalı neftin qiyməti 66,21 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azəri Layt" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.