9 Mart 2022 17:33
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ədalət Şükürov MTV Azərbaycan kanalında "Üzə-düz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Ədalət Şükürov varlı olması haqqında yayılan xəbərlərə münasibət bildirib.

“Hər bir müğənninin iki evi, bağ evi, ola bilsin ki, iki avtomobili var. Mən də onlardan biriyəm, xüsusi seçilmirəm. Bir də görürsən, məni yaxından tanıyan adamlar zəng edirlər ki, Ədalət bəy, deyirlər sənin avtosalonun var və sair. İnsanlara bu kimi şayiələri yaymaq ləzzət edir. Deyirəm kim görübsə, gedək baxaq həmin obyekti onun adına keçirəcəm. Artıq söz-söhbətlərə öyrəşmişəm. Müğənnilərin 80 faizinin öz işindən başqa işi yoxdur. Çoxu istədi ki, pandemiyada nəsə etsin, amma alınmadı”.

Əməkdar artist insanlara yardım etməsindən də danışıb: “Rəhmətlik atam deyirdi ki, ay oğul, sən tələbə olanda bir qohumun, qonşun, yaxının zəng eliyib məndən maraqlandı ki, ay Zakir kişi, sənin oğlun orada necədir? Yox. Amma sən Azərbaycana gələndə və ya Sankt-Peterburqdan Bakıya tələbə tanışına nəsə göndərirsən. Mənə 18 yaşımdan heç kim kömək etməyib, nə qohum, nə qardaş, nə valideyn. Tələbə ikən yataqxanada da qalmışam, çətin günlərim olub. Bugünkü günə çatmağımda özümə borcluyam. Heç kim deyə bilməz ki, Ədalətə kömək eləmişik, nəyinsə hesabına bu pilləyə gəlib, yox. Bununla həmişə fəxr etmişəm. Tələbə yoldaşlarımla meyvə bazasında işləyirdik, çiyində nəsə daşımağın necə bir hiss olduğunu bilirəm. İmkanlı-imkansız olmağın nə olduğunu bilirəm. Əsas odur ki, pul səni korlamasın. Ədalət Şükürov heç kimə borclu deyil, valideynlərdən və övladlardan başqa... Amma insanda naxış da çox önəmlidir. Hesab edirəm ki, Ədalət Şükürov naxışlı insandır”.

Ədalət Şükürov övladlarından da danışıb: “Valideyn olaraq övladlarımıza yol göstərmişik. İmkan daxilində hər şey etmişik ki, övladlarımız ali savadlı olsunlar. Mənim ata-anamın o imkanı yox idi, özüm hər şeyi elədim. İndiki zəmanədə isə valideynlər hər şey edirlər. Övladlarım üçün təhsil, hər şey etdim. Amma indi onlara deyirəm ki, özünüz qazanırsınız. Mən niyə eləməliyəm? Bacardığımı mən elədim!"

Müğənni erkən nikahdan da danışıb: “Erkən nikahlar keçmiş zamanlarda normal bir həyat tərzi idi. 14-15 yaşda evlənirdilər. Nənə-babalarımızda da bu belə olub. 15-16 yaşda necə ailə qurub, evi idarə etmək olar? Bu normal bir şey deyil axı. 15 yaşdakı uşağın özünə baxan lazımdır, o nə bilir uşaq nədir? Zaman gələcək uşaq özünə avtomobil də, təyyarə də alacaq. Axı, niyə tələsdirirsiz? Oğlunuza müğənni qız alarsınız? Nəinki müğənni, kimi istəsə onu alacam. Mənimlə deyil, onunla həyat sürəcək. Sənətə heç bir dəxli yoxdu. Həkimlər var ki, gecə saat 3-də evə gəlir. Nə olub bizə, müğənnilərə? Bizim ailəmiz də var. Adımız-sanımız, gözəl övladlarımız var. Mən nədən narazı olmalıyam ki?”.

Müğənni onu da deyib ki, övladlarının tanınmasını istəmir: "Hər kəsə məsləhət görürəm ki, övladlarınızı tanımasınlar. Niyə kimsə oğlumu mənə görə tanımalıdır? Özünə görə tanısınlar. Bu belə olmalıdır! Ali məktəbdə oxuyanda heç kim bilmirdi ki, onlar mənim övladlarımdır. Qızım Azərbaycan Dillər Universitetini bitirib, diplom alanda hamı xəbər tutdu ki, o, mənim qızımdır. Neçə illər həyat yoldaşım ali məktəblərdən birində dərs keçirdi, heç kim bilmirdi ki, o mənim yoldaşımdır. Ali məktəblərdən birini rektoru dedi ki, Ədalət müəllim nə zaman istəsəniz yoldaşınız yenidən müəllim kimi başlaya bilər. Dedim yox!”.


Müəllif: Rəqsanə Həsənova