21 Aprel 2022 17:34
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səmra Rəhimli Xəzər televiziyasında yayımlanan “Səhər mərkəzi” verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, o, “Evlilik üçün pul, yoxsa sevgi vacibdir?” sualına cavabda deyib: “Hər ikisi vacibdir. Deyəcəm ki, sevgi, camaat düşünəcək ki, onun üçün sevgi yox, pul əsasdı. Amma mənə görə sevgi vacibdir. İnsanlar sevəndə bir-birinin rahatlığı üçün işləyəcəkər, qazanacqlar və gələcəklərini təmin edəcəklər. Sevgi insana motivasiya verir”.

İfaçı evlənəcəyi şəxsin onun oxumasına mane ola bilməyəcəyini söyləyib: “Evlənəcəyim şəxs oxuma desə qəbul etməyəcəm. Əgər bir insan səni sevirsə, olduğun kimi qəbul edəcək. Sevməyəndə isə dəyişməyə çalışır.

Geyimə gəlincə, hər kəsin necə yaşayacağını hamı bilir. Ona görə də məni tanıyan geyimimə qarışmaz. Mənim həyatımda kişi olsa da, olmasa da özümü apara bilirəm. Həyatda artıq hərəkət etmirəm. Bu səbəbdən kimsə mənə sərhəd qoymasın. Özüm nə vaxtsa nəticəyə gələ bilərəm.

Mən fərqli tərzdə geyinirəm və fərqli də kliplərim var. Nəticəyə özüm gələ bilərəm, kiminsə sözü ilə mümkün deyil. Kimsə o sözü mənə desə xətrimə dəyər”.

İfaçı qayınanasına ana deməyəcəyini bildirib: “Qaynanama ana demərəm. Bir ana olur. Ana müqəddəsdir”.

Müğənni alış-verişə getmir: “Alış-veriş etməyi çox sevirəm. Amma bazarlığı anam edir, deyir ki, sənə marketə getmək olmaz, özüm gedərəm”.


Müəllif: Rəqsanə Həsənova