Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb.
Bu barədə Teleqraf.com-a əməkdar artistin özü məlumat verib: “Əməliyyat olundum, hazırda evdə müalicəm davam edir. Kimyaterapeya qəbul etmişəm. Bu xəstəlik məndə təsadüfən aşkarlandı. Oğlumu xəstəxanaya aparmışdım. Düşündüm ki, mən də müayinə edilim. Həkim dedi ki, boğazınızda limfa düyünləri metastaz verir, təcili əməliyyat olunmalısınız".
Qeyd edək ki, Yadigar Muradov qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.