Xankəndidə məskunlaşan separatçı rejim müharibə zamanı verdiyi itkilərlə bağlı növbəti siyahı yayımlayıb.
Teleqraf.com xəbər verir ki, separatçı qurumun qondarma “müdafiə nazirliyi” 44 günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən daha 116 terrorçunun adını açıqlayıb.
Qeyd edək ki, müharibənin bitməsinə baxmayaraq, həm Ermənistan, həm də Qarabağdakı separatçı rejim tərəfindən mütəmadi olaraq itkilər haqda siyahılar dərc olunur.
Bu, düşmənin müharibə zamanı öldürülən, amma cəmiyyətə açıqlanmayan itkilərinin rəsmiləşdirilməsi kimi qəbul edilməlidir.