Türkiyə Rusiya və Ukraynaya müharibənin dondurulmasını nəzərdə tutan sülh müqaviləsi layihəsini təklif edib.
Teleqraf.com xəbər verir ki, əsas tezisləri mənbəyə istinadən “New Europe” qəzeti dərc edib.
Bildirilib ki, layihə əsasən İstanbulda aparılan ilk danışıqlar əsasında yaradılıb.
Bu saziş bir sıra avropalı siyasətçilər tərəfindən dəstəklənə bilər və o, Qlobal Cənubun ayrı-ayrı ölkələrinə də təqdim olunacaq.
Beləliklə, Türkiyə tərəfi təklif edir:
ABŞ və Rusiya Federasiyası heç bir halda nüvə silahından istifadə etməməyi öhdəsinə götürür. Onlar həmçinin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsini (START-3) gələcəkdə birtərəfli qaydada ondan çıxmaq imkanı olmadan yeniləyirlər.
Başqa bir ölkənin daxili işlərinə onun hökumətinin sabitliyi poza biləcək hər hansı şəkildə müdaxilənin qadağan edilməsi.
Mövcud cəbhə xətti boyunca müharibənin dondurulması.
2040-cı ildə referendumların keçirilməsi ilə bağlı öhdəliklər: ölkənin xarici siyasəti ilə bağlı ümumxalq səsverməsi, eləcə də bütün işğal olunmuş ərazilərdə beynəlxalq nəzarət altında referendumlar.
2040-cı ilə qədər Ukraynanın bloksuz statusuna zəmanət.
“Hamısı hamı üçün” formuluna əsasən məhbusların mübadiləsi.
Rusiya Ukraynanın Avropa Birliyinə daxil olmasına etiraz etmir.