21 May 2023 11:59
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda tədris müəssisəsində müəllimin şagirdləri "qamçı" ilə döydüyü, şiddət göstərdiyi sosial şəbəkədə yayılan görüntülərdə açıq-aydın görünür. Bu məsələ məni olduqca narahat etdi. Qanunvericilikdə şagirdin müəllim tərəfindən döyülməsi yolverilməzdir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, psixoloji zorakılıq şagirdin səhhətində funksional dəyişikliklərə və məktəbdən uzaqlaşmasına səbəb olur:

“Həmçinin, depressiyaya meyilliliyini artırır. Bu cür faktların azalması üçün tədris müəssisələrində psixoloji işin düzgün təşkil olunması vacibliyini hər zaman vurğulamışıq”.

Professor hesab edir ki, müəllim təkcə öyrətdiyinə görə yox, həm də biliyi, savadı və davranışı ilə şagirdlərə örnək insan modelidir:

“Peşəsini vicdanla yerinə yetirən əsl müəllim hər bir şagirdə şəxsiyyət kimi baxmalı, tələbkarlığı ilə yanaşı, gülərüz, qayğıkeş, mehriban münasibətilə şagirdin qəlbinə yol tapmağı, onun yaddaşında yaxşı mənada həmişəlik qalmağı bacarmalıdır. Məsələ ilə bağlı araşdırma aparılaraq, əmələ hüquqi qiymət veriləcəyindən əmindir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər