28 İyun 2023 13:27
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iyunun 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.


Müəllif: Teleqraf.com