17 Avqust 2023 13:30
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizdə baş verən zəif təkanların sahil kənarında çalalar, burulğanlar əmələ gətirməyə nə gücü, nə də ehtimalı var. Bu, mümkün deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli zəlzələlərdən sonra dənizdə yaranan çuxurlara görə son zamanlar dənizdə batmaların artdığına dair fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, küləyin təsiri nəticəsində yaranan dalğalar çuxura səbəb olur: "Dalğalardan əmələ gələn çalalar, burulğanlar dənizin sahil hissəsinə gedib-gəlir, oranın dibini yumağa başlayır. Gil, qum qarışıq olur, harada daha çox yumşaq və kövrəkdirsə, orada çala əmələ gətirir. Zəlzələnin güclü təsiri ola bilməz".

Qurban Yetirmişli qeyd edib ki, zəlzələlər kilometrlərlə böyük yarğanlar əmələ gətirir: "Lokal sahələrdə burulğan, çala əmələ gətirməsi mümkünsüzdür".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər