Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Rəsul Vəliyev sol böyrək nahiyəsindən bıçaqlanıb.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi başlanıb.