Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Müşfiqabad qəsəbəsi ərazisində vətəndaş Zaur Əlizadə tərəfindən kabel və plastik tullantıların qalaqlanaraq yandırılması faktı müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Sumqayıt regional ekologiya idarəsinin rəisi Vaqif Cavadov bildirib.
Faktla bağlı akt, protokol tərtib olunub və Zaur Əlizadə barəsində qanunamüvafiq tədbir görülüb.