3 May 01:03
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı müğənni Britni Spirs həyat yoldaşı, məşqçi və model Sem Asqaridən boşanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Cütlüyün aldatma şayiələri fonunda ayrıldığı bildirilir.

Belə ki, yayılan iddialardan sonra ötən ilin avqust ayında Asqari Britni ilə boşanmaq üçün müraciət edib.

Qeyd edək ki, 42 yaşlı Britni Spirs ilə 30 yaşlı Sam Asqari 2022-ci ilin iyun ayında evlənmişdi.


Müəllif: Teleqraf.com