26 Fevral 10:57
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Sumqayıtda polis oğurluq, soyğunçuluq, digər cinayət törədən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, fevralın 24-də axşam saatlarında Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin mobil telefonu, qulaqlığı, içərisində pulu, bank kartları və sənədi olan pulqabısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Daşqın Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, fevralın 24-də gecə saatlarında Buzovna qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə Nəsimi rayonu ərazisində avtomobillə saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 24-də rayon ərazisində yerləşən mağazaların birindən 1100 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu məlum olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 15-ci məhəllə ərazisində mağazaların birindən 1800 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Əli Əliyev və Aydın Quliyev müəyyən olunaraq saxlanılıblar.


Müəllif: Hacı Zeynalov