25 İyul 2022 13:53
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Aytən Səfərova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda 17 yaşlı Laçının imtahan nəticəsi aşağı olduğuna və ailəsinin onu tənbeh etdiyinə görə intihar etməsinə sərt reaksiya göstərib.

Aparıcı valideynləri uşaqlarını dəstəkləməyə çağırıb: "Heç bir övlad valideynə görə cavabdeh deyil, lakin hər valideyn övladına görə cavabdehdir, həm bəndələrin qarşısında, həm də Allahın. İndi gedin cavab verin. Görək, hansı cavabdan daha yüksək bal toplaya biləcəksiz və siz bu imtahandan keçə biləcəksizmi?!"


Müəllif: Rəqsanə Həsənova