16 May 2023 20:40
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Aytən Səfərova Bakının Sabunçu rayonunda 13 yaşlı qızını 37 yaşlı kişi ilə nişanlayan ananı sərt şəkildə tənqid edib.

Teleqraf.com xər verir ki, Aytən Səfərova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinə çağırış edib.

"Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi haradasınız? Budur, ailə, uşaq və problem. Biz sizə nə qədər zəng etdik, heç biriniz efirə çıxmadınız. Bu gün Azərbaycanda reallıq budur ki, cəmiyyətimizdə belə qadınlar var. Bu cür başı pozuq ana, ona sağlam deyə bilmərəm, qızını boşanmış bir oğlana nişanlandırıb. Dünyada ən güclü hiss ana instinkidir. Ana deyir ki, əri məhbusdur, gələr qızına nəsə edər. Ümumiyyətlə, Azərbaycanda qadınlara, uşaqlara zorakılıq edənləri həbsdən buraxmaq lazım deyil. Mən qadınam, anayam.

Yadımdadır ki, 16 yaşımda məktəbi bitirəndə anamın iş yoldaşı oğlu ilə gəlib oturdular. Ana oğlunu təriflədi. Anam ali təhsilli qadındır və dedi ki, nəyə eyham vurursan? Anadan çox şey asılıdır. Qız uşağıdır, 13 yaşındadır. Bu gün nə qədər elə analar efirdən bizə baxırlar. Məni "başdan xarab" da adlandıra bilərlər ki, "sən kimsən başqasının ailəsinə qarışırsan?". Çox təəssüf ki, rəylərdə bu cür yazanlar da var idi. Sizin hamınız eynisiniz. Aidiyyatı qurumlar hardadır? Bu, ailənin işinə qarışmaq deyil, bu, faciənin qarşısını almaqdır. 13 yaşında uşaq deyir ki, mən istəmirəm, anam məni nişanlayır. Ana isə səbəbini deyir. Nə səbəb gətirsəniz də olmaz. Sən anasan, övladını ən çox sən müdafiə etməlisən. Nə qədər belə analar ekran qarşısında var. Deyəcəksiniz ki, Aytən aqressivdir. Mən aqressiv deyiləm. Qadınam, anayam", - o vurğulayıb.

Qeyd edək ki, Bakıda Sabunçu rayonunda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər