25 May 17:45
1 286

İran qədim və uzun tarix kçmiş bir ölkədir. Dünyanın ən böyük dövlətləri bu ərazidə yaranıb və dağılıb. Amma əhalisi “közün üzərinə yanacaq atılmasına” bənzəyir. Heç kimin gözləmədiyi bir anda ölkədə gərginlik və dəyişiklik mümkün ola bilər. Ehtimal edirəm ki, bu baş verəcək. Ancaq nə zaman baş verəcəyini demək çətindir. Çünki söhbət mürəkkəb quruluşa malik bir ölkədən gedir.

Bu fikirləri Teleqraf.com-a professor Firudin Cəlilov pandemiyadan sonra İranda gərgin vəziyyətin yaranacağı haqda qərb analitiklərinin proqnozlarını qiymətləndirərkən deyib.

Türkoloq alim bildirib ki, 1979-cu ildə İranda baş verən islam inqilabını indi də xatırlayır:

“Əslində heç kim hadisələrin bu şəkildə baş verəcəyini gözləmirdi. Amma qəfildən proses başladı və bütün ölkə ayağa qalxdı. Bu mənada hansısa bir partiyanın və ya hakimiyyət daxilində çevriliş edə bilən qüvvələrin, habelə xaricdəki Şahçıların, etnik azlıqların maraqlarını müdafiə edən mərkəzlərin də İranda dəyişiklik etməsini mümkün saymıram. Bunu ancaq İran əhalisinin özü edə bilər. Sadə bir qığılcım kifayət edəcək ki, əhali qalxıb vəziyyəti dəyişsin. Bu da həmin ölkənin spesifikasından irəli gəlir”.


Müəllif: Cavad