14 Aprel 2022 17:55
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif qoşun növlərini təmsil edən 9 komanda birincilik uğrunda mübarizə aparıb.
Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

Komanda hesabında 1-ci yerdə "Quru Qoşunları" komandası, 2-ci yerdə "Hərbi polis" komandası, 3-cü yerdə isə "Təlim və Tədris Mərkəzi" komandası qərarlaşıb.

Fərdi hesabda 1-ci yerə gizir Tural Məmmədov, 2-ci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Emil Mürşüdov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rasif Məhərrəmov layiq görülüb.

Yarışın yekununda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.


Müəllif: Teleqraf.com