20 Fevral 2018 11:20
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Dilçilik İnstitunun tərkibində orfoqrafiya ilə bağlı yaradılmış İşçi Qrupu təkliflərin üzərində çalışır.

Teleqraf.com-un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O bildirib ki, təkliflərin üzərində işlərin mart ayında tamamlanması planlaşdırılır:

"İşlər bitən kimi təkliflər Orfoqrafiya komissiyasına təqdim olunacaq. Komissiya baxdıqdan sonra isə hazır variant Nazirlər Kabinetinə göndəriləcək. Lüğətin çap olunması isə Nazirlər Kabinetinin qərarından asılıdır".

Orfoqrafiya lüğətinin bu ilin ortalarına kimi çapdan çıxması gözlənilir.


Müəllif: Könül

Oxşar xəbərlər