27 Oktyabr 2022 11:25
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metropoliteni metroda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələlik qurumda bu barədə müzakirə aparılmır.

"Bakı metropoliteni bu barədə müraciət etməyib və yaxın vaxtlarda da müraciət etməyəcək", - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər