10 Avqust 2023 12:10
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində FETÖ ilə bağlı əməliyyat keçirilməsi haqda məlumat yayılıb.

Teleqraf.com-un məlumatına görə, xəbərə “Aztelekom” MMC reaksiya verib: “Müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən “Aztelekom” MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, “Aztelekom” MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorgu, məlumat və s. daxil olmayıb.
Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması “Aztelekom” tərəfindən araşdırılır.

Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”.

***

09.08.2023. 17:04

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində FETÖ əməliyyatı keçirilib.

Teleqraf.com Gününsəsi.info-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları nazirliyin tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti olan "Aztelekom"da iki şəxsi həbs edib.

Onların FETÖ-çü olduğu ehtimal edilir.

Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.

Aztelekom mövzu ilə bağlı göndərilmiş sorğunu cavablandırmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər