Azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) mafiya aləmində yeni tendensiyanın əsasını qoyub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, kriminal aləmdə “kral”a ehtiyac duyulmadığını və bütün “qanuni oğru”lara qarşı qardaş münasibəti bəsləyəcəyini bildirib.
Buna baxmayaraq, Lotu Qulinin bəzi düşmənləri ilə mübarizə aparması vacibdir. Məlumatlara görə, ilk zərbə gürcü avtoritet Merab Canqveladzenin klanına və Suxum mafiozlarına endiriləcək.
Bunun üçün Lotu Qulinin azərbaycanlı digər avtoritet Rövşən Lənkəranskinin (Caniyev) mühafizəçilərindən olan Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) ilə danışıqlar apardığı, hətta zənginliyi ilə seçilən Lotu Qulinin pulu müqabuilində Hacını ona sadiqlik andı içdiyi bildirilirdi.
Lakib Qulinin Canqveladze və Hacıya münasibəti isə bir müddət əvvəl dəyişib. İstanbul polisinin Nadir Səlifova qarşı sui-qəsdin qarşısını almasından sonra Canqveladze və Hacının da bu işdən xəbərdar olduğu müəyyənləşib.
Bundan sonra Lotu Quli Hacının “ölüm hökmü”nü verib və mövqeyini dəyişib.
Onun “Suxumlular”ın düşmənləri ilə əlaqələrini genişləndirdiyi deyilir. Lotu Quli İstanbuldakı hadisədən sonra “Suxumlular”ın əsas düşməni Merab Pipiya ilə görüşüb.
Qeyd edilir ki, Merab 2012-ci ildə Canqveladzenin “qanuni oğru”luğunu tanımadığı üçün azyaşlı övladı qarşısında döyülüb. Bundan sonra isə o, intiqam hissi ilə yaşayıb. Lotu Quli Merab üçün ən uyğun variant sayılır.
Merabdan başqa onun qatı düşmənləri olan Aleksandr Kuşnerov (Kuşner) və Rəşad İsmayılov (Gəncinski) də Qulinin tərəfində mübarizə aparacaqlar.
Lotu Qulinin görüşdüyü gözlənilməz şəxslər arasında Sergey Çeban (Kitayec) da olub.
Bəzi mənbələr iddia edir ki, bu addımlar Türkiyədə kriminal aləm iştirakçıları arasında qan tökülməsi ilə nəticələnəcək.