Füzuli rayonun Zobucuq qəsəbə sakini, ruhi xəstəlikdən əziyyət çəkən gənc qız noyabrın 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ailə onun tapılması üçün Füzuli rayon polis şöbəsinə müraciət edib.
Polis əməkdaşları tərəfindən görülmüş təxirəsalınmaz tədbirlərlə itkin düşən şəxs qəsəbə ərazisində tapılaraq ailəsinə təhvil verilib.