Bu sözləri Teleqraf.com-a Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova konserti barədə danışarkən deyib.
O bildirib ki, may ayının 21-də Heydər Əliyev adına Sarayda keçiriləcək konserti Alim Qasımovun 60 illik yubileyinə həsr olunacaq:
“Məşqlərimiz intensiv davam edir. Tamaşaçılara maraqlı konsert təqdim etmək üçün əlimizdən gələni edəcəyik. Konsertdə iki dəstgah, eyni zamanda bəstəkar və xalq mahnılarını müasir üslubda təqdim edəcəm. Bu dəfə böyük sənətkarlarımız - Zeynəb Xanlarova, Elmira Rəhimova, Şövkət Ələkbərova, Akif İslamzadə, Rübabə Muradovanın repertuarına müraciət etmişəm.
Bilirsiniz ki, xeyli vaxtdır Rüstəm Zeynallı ilə çalışıram. “Ona doğru” albomunda mahnılarımın çoxunun aranjimanını o etmişdi. Sonra da işbirliyimiz davam etdi, elə bu konsertdə də mahnıların aranjimanı, musiqi tərtibatı ona məxsus olacaq”.
Konsertin biletlərinin qiyməti 20-100 manatdır.
Nərmin