4 May 09:50
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücum planı var.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı analitik Mixaylo Samus deyib.

“Rusların həm Kiyev, həm də Lvov üçün planlar var, eləcə də Xarkov və Sumı ilə bağlı. Xəritələri, planları və sair formalaşdırmasaydılar, müharibəyə başlamazdılar”, - ekspert bildirib.

Samus həmçinin qeyd edib ki, Rusiyanın hücum planları olsa da, Sumı və ya Xarkov istiqamətində əməliyyat keçirə biləcək zərbə qrupu yoxdur:

“İnformasiya məkanımızda rusların Sumı, şimal rayonları, Çerniqov, hətta Xarkov istiqamətində əməliyyat keçirməyə hazır olması barədə tezislər güclənir. İlon Mask ümumiyyətlə Odessadan danışır. Əslində onların zərbə qrupları yoxdur, amma planları var”.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bundan əvvəl Rusiyanın Xarkov və Sumı vilayətlərinə hücum hazırladığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu