3 Oktyabr 2014 13:25
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı Əl-Qaidə ilə əlaqəli Əl Nusra Cəbhəsinin döyüşçüləri “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə sülh danışıqları aparır.

Teleqraf.com-un radikal.com-a istinadən verdiyi xəbərə görə, bu barədə İngiltərənin Financial Times qəzetində məlumat yayılıb. Məlumatda radikal islamçı qrupların Qərbi artıq ortaq düşmənləri kimi gördükləri qeyd edilib.

Qəzetdə ABŞ hava hücumlarının fərqli cihadçı qrupları ortaq nöqtədə birləşdirdiyinə dair məlumat dərc olunub. Yazıda bir-birindən fərqli strategiyaları qəbul edən cihadçı qrupların öz aralarındakı ixtilafı dayandırıb, qüvvələrini Əsədə və Qərbə yönəltmək üçün birləşəcəkləri fikri irəli sürülüb:

“Bu cihadçı qruplar fərqli strategiyaları yeritdiyi üçün bir ildən çox müddətdir müharibə vəziyyətində idi. Keçən həftə ABŞ hava hücumlarının yalnız İŞİD-i deyil, Əl Nusranı da vurması bu iki təşkilatı aparılan əməliyyatlara qarşı sövdələşməyə təhrik edib”.

Samir


Müəllif:

Oxşar xəbərlər