13 May 22:44
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kuleba sosial şəbəkə hesabında paylaşımında bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı Ceyhun Bayramovla Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.

"Azərbaycana humanitar yardıma görə təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də bilgiləndirdim. Biz gələcək ikitərəfli təmasları əlaqələndirdik”, - Kuleba qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər