14 May 15:02
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sidney Universitetinin tədqiqatçıları qədim zamanlarda Avstraliyanı Tasmaniya və Papua-Yeni Qvineya adaları ilə birləşdirən Sahul qitəsinin xəritəsini yaradıblar. Sahul da əfsanəvi Atlantida kimi, okeanın diblərində qeybə çəkilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Planet Today” yazır.

Xəritə təxminən 70 min il əvvəli - nəhəng Sahul qitəsinin Pleystosen dövründəki mövcudluğunu təsvir edir. O zamanlar Yer kürəsi son buz dövrünün zirvəsində idi.

Buzlaşma dəniz səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə səbəb olmuş, indiki materik Avstraliyanı şimalda Papua Yeni Qvineya və cənubda Tasmaniya ilə birləşdirən şelf hissələrini üzə çıxarmışdı. Tədqiqat insanların Sahul ətrafında hərəkət etdiyi dövrləri dəqiq hesablamağa kömək edib.

Tədqiqatçılar landşaftın nüansları və qida məsələsini nəzərə alaraq, ən çox ehtimal olunan tarixdən əvvəlki miqrasiya marşrutlarını müəyyən etmək üçün minlərlə simulyasiya aparıblar. Məlum olub ki, aborigenlər əsasən çay və axınları rəhbər tutaraq Sahulun sahilləri və daxili əraziləri boyu hərəkət ediblər.

Model yarım milyona qədər insanın yaşadığı güman edilən Sahuldakı həyatın şəklini çəkməyə imkan verib. Tədqiqatçılar vaxtilə bu yerlərdə yaşamış qədim insanlara dair abidələr tapacaqlarına ümid edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər