14 May 17:45
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkəmizdə zəlzələ oldu. Biz fəlakət içində idik. Bu səbəbdən mən də kədərli idim və konsertimdə də xoşbəxt deyildim. Şükürlər olsun ki, artıq üzüm gülür. Bu dəfəki konsertlərimdə çox əylənəcəyik. Hətta konsertimə iki-üç gün öncədən gəldim ki, bir az Bakıda gəzim. Azərbaycanı çox sevirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan türkiyəli müğənni Mahsun Kırmızıgül jurnalistlərə açıqlamasında deyib.

"Bura mənim ikinci vətənimdir. Azərbaycan mənim ən sevdiyim ölkələrdən biridir. Buranın insanları və torpağı çox fərqlidir. Ona görə burada çoxlu gəzəcəyik. Bakı çox dəyişib. Azərbaycanlılarla çox yaxın dost bağlarım var. Dünyanın hansı ölkəsində oluramsa olum onlar yanıma gəlirlər. Ona görə də məni başqa sənətçilərlə qarışdırmayın. Buranı çox sevirəm. Keçən dəfə Bakıdakı konsertimdə ölkəmizdə baş verən təbii fəlakətə görə çox üzgün olduğumdan heç yerə gedə bilmədim. Amma indi hamı ilə görüşüb gəzəcəyəm", - o vurğulayıb.

Mahsun Kırmızıgül onu da deyib ki, azərbaycanlı həmkarları ilə də işbirliyi edə bilər: "Azərbaycanlı sənətçilərlə işbirliyi təbii ki, ola bilər. Niyə də olmasın?! Təklif gəlirsə, buradakı həmkarlarımdan hansısa bir layihə edə bilərik".


Müəllif: Rəqsanə Həsənova