19 Oktyabr 2021 10:27
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Moskvada Əfqanıstan mövzusunda toplantı keçiriləcək.

Teleqraf.com xatırladır ki, toplantıda İran, Pakistan, Çin və digər ölkələrin diplomatları ilə yanaşı, Taliban nümayəndələrinin də iştirakı gözlənilir.

Amma ABŞ-ın Moskva toplantısını boykot etdiyi ortaya çıxıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price bəyan edib ki, Moskvada düzənlənəcək Əfqanıstan mövzusundakı müzakirələrə Vaşinqton qatılmayacaq.

“Gələcəkdə bu foruma qatılmağı dörd gözlə gözləyirik, amma bu həftəki müzakirələrə qatılacaq durumda deyilik”, - ABŞ diplomatı Rusiyanın xətrinə dəyməmək üçün belə deyib.

Dövlət Departamenti bu toplantıya qatılmamasına səbəb kimi lojistik problemləri bəhanə edib.


Müəllif: Nemət