11 Fevral 2023 15:10
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyi hava məkanında təsbit edilən və fevralın 4-də Birləşmiş Ştatların ordusu tərəfindən vurulan “casus şar” hadisəsindən sonra 6 Çin şirkətini qara siyahıya əlavə edib.

Teleqraf.com ABŞ Ticarət Nazirliyinə istinadən xəbər verir ki, 6 şirkət ABŞ-ın milli təhlükəsizlik və ya xarici siyasət maraqlarına zidd hərəkət etməkdə günahlandırılır.

Bu şirkətlərin Çinin hərbi modernləşdirmə səylərini, xüsusilə Xalq Azadlıq Ordusunun hava gəmiləri və hava şarları da daxil olmaqla aviasiya proqramlarını dəstəklədikləri bildirilir.

Bəyanatda qeyd edilib ki, Pekin “Nanjiang” Aerokosmik Texnologiyası, Çin Elektron Texnologiyaları Qrupu Korporasiyasının 48-ci Tədqiqat İnstitutu, “Dongguan Lingkong” Uzaqdan Zondlama Texnologiyası, “Eagles Men” Aviasiya Elm və Texnologiya Qrupu, “Guangzhou Tian-Hai-Xiang” Aviasiya Texnologiyası və “Shanxi Eagles Men” Aviasiya Elmi və Texnologiyası Qrupu qara siyahıya salınıb.

Beləliklə, qara siyahıya salınan şirkətlər üçün müəyyən məhsulların ixracı, təkrar ixracı və ya ötürülməsi üçün xüsusi lisenziya tələbləri qoyulacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər