28 Aprel 20:17
248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Quançjou şəhərində tornado səbəbindən azı 5 nəfər həlak olub, 33 nəfər yaralanıb.

Teleqrqf.con xəbər verir ki, tornado 140-dan çox fabrik binasına ziyan vurub. Yaşayış binalarının dağılması barədə məlumat verilmir.

Təbii fəlakətin nəticələri ilə mübarizə aparmaq üçün hadisə yerinə axtarış-xilasetmə və qəza-bərpa briqadaları cəlb edilib.

Qeyd edilir ki, cəmi bir həftə əvvəl Quançjou və ona bitişik Quandun əyaləti ən azı dörd nəfərin ölümü ilə nəticələnən güclü yağışlara məruz qalıb, 100 mindən çox sakin təxliyə edilib. 25 mindən çox insan müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib.

Çin Xalq Respublikasının ən vacib iqtisadi mərkəzlərindən biri olan Quançjouda təxminən 18 milyon insan yaşayır.


Müəllif: Teleqraf.com