13 May 2024 19:13
2 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Günel Zeynalovanın qardaşı, ifaçı Tunar Rəhmanoğlu ölkəmizdə məkanların birində konsert proqramı ilə çıxış edən türkiyəli müğənni İbrahim Tatlısəs haqqında danışıb.

Tunar Rəhmanoğlu Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "İbrahim Tatlısəsin konserti yüksək səviyyədə keçdi. O, bizi çox istəyir. Allah İbrahim bəyə şəfa versin, sağ olsun ki, heç vaxt bizi də unutmur.
Konsertdə çıxış etmək üçün Güneli və məni özü dəvət etdi. İbrahim Tatlısəs ilə iki mahnı oxudum".

Tunar Rəhmanoğlu İbrahim Tatlısəsin səhhətindən də danışıb: "İbrahim bəyin səhhəti normaldır. Yaşla əlaqədar olaraq bir az xəstəlik onu üstələyir. Şükür Allaha oxuyur, onu dinləyirik. Sadəcə hərəkətsizlikdən...Bakıya sadəcə konsert üçün gəlmişdi, müalicə üçün deyil. Hətta Bakıda konsert vermək üçün bir daha gələ bilər".

Qeyd edək ki, İbrahim Tatlısəs ölkəmizə əlil arabasında gəlib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər